Operativ Məlumat Mərkəzi

Ərdoğan Putini təbrik edib

1 dəq
Paylaş:
Ərdoğan Putini təbrik edib
bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Türkiyə lideri Vladimir Putini Rusiya Prezidenti seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib...

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Türkiyə lideri Vladimir Putini Rusiya Prezidenti seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib və ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb.

Telefon söhbəti zamanı bundan sonra da sıx qarşılıqlı fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub. Həmçinin, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən Qara dəniz regionu ilə bağlı məsələlər müzakirə edilib.

Putin Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər