Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan Stubbla görüşdü

2 dəq
Paylaş:
Ərdoğan Stubbla görüşdü

Türkiyə Prezidenti Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində ikitərəfli görüşlərini davam etdirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Finlandiya Prezidenti ilə təkbətək və mətbuata qapalı formatda görüş keçirib.

Məlumata görə, görüşdə Türkiyə tərəfdən naziri , xəzinə və maliyyə naziri Mehmet Şimşək, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.

Qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğan zirvə çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corca Meloni, NATO-nun Baş katibi Mark Rütte və digər dünya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.

Bildirilib ki, sammitdə NATO-nun gələcək inkişaf strategiyası, Avropanın müdafiə imkanlarının gücləndirilməsi, ABŞ-nin qitədəki hərbi mövcudluğu, Ukraynaya dəstəyin davam etdirilməsi, eləcə də müttəfiq ölkələrin müdafiə xərclərinin və hərbi sənaye potensialının artırılması əsas müzakirə mövzuları olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax