Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, prezidenti və nümayəndə heyətini daşıyan xüsusi təyyarə yerli vaxtla saat 07:30-da Ankara Esenboğa Hava Limanından havaya qalxıb.
Səfər çərçivəsində Prezident Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman ilə, həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirməsi gözlənilir.
Görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı gözlənilir.