Ərdoğan: Prezident İlham Əliyevin bizə uzanan yardım əli Kahramanmaraşa qardaşlıq möhürünü vurub

Ərdoğan: Prezident İlham Əliyevin bizə uzanan yardım əli Kahramanmaraşa qardaşlıq möhürünü vurub
19.06.2025 17:03
Aa
dəq

“İlk imdadımıza çatanlardan biri can Azərbaycan idi”.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan xalqının dəstəyini heç zaman unutmayacaqlar: “Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyevanın dəstəyinin ürəyimizdə ayrı bir yeri var. Bu məhəllə yenidən qurulub. Bu, insanlarımız üçün hüzurlu bir yurd olacaq. 2778 ev, mağaza və ofis tikintisi sürətlə davam edir, bunların yarısı tamamlanıb. Bu ilin sonuna qədər qalan qisim də tikilərək istifadəyə veriləcək. Prezident İlham Əliyevin bizə uzanan yardım əli Kahramanmaraşa qardaşlıq möhürünü vurub”.

Həftənin ən çox oxunanları