Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı ilə əlaqədar bu ölkəyə səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata əsasən, Ərdoğan 14 iyul 2026-cı il tarixində Qətərə gedərək başsağlığı verəcək.
Qeyd olunub ki, uzun müddətdir müalicə alan 74 yaşlı Şeyx Həməd bin Xəlifə Al Sani iyulun 13-də vəfat edib. O, Doha şəhərində yerləşən “Lusail” qəbiristanlığında dəfn olunub. Keçmiş əmirin vəfatı ilə əlaqədar Qətərdə 4 günlük rəsmi matəm elan edilib.
Xatırladaq ki, Şeyx Həməd bin Xəlifə Al Sani 1995–2013-cü illərdə Qətərə rəhbərlik edib. O, 2013-cü ildə hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Al Saniyə təhvil verərək vəzifəsindən ayrılmışdı.