Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli birlik, sülh və sabitlik istiqamətində həyata keçirdiyi siyasəti davam etdirəcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ərdoğan çərşənbə axşamı verdiyi açıqlamada regional və qlobal çağırışlara baxmayaraq, Türkiyənin inkişaf strategiyasının müəyyən edilmiş istiqamətdə davam edəcəyini vurğulayıb.
Prezident son dövrlərdə bölgədə sülh və sabitlik mühitini sarsıtmağa yönəlmiş müxtəlif insidentlərin baş verdiyini qeyd edib.
Ərdoğanın sözlərinə görə, bu cür təxribatlar Türkiyənin dövlət maraqlarına və regional sabitliyin təmin olunmasına yönəlmiş siyasətinə təsir göstərə bilməz.
Dövlət başçısı Türkiyənin milli təhlükəsizliyini və xalqın rifahını qorumaq üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.