“Parlament seçkilərinin “Cümhur İttifaqı”nın qələbəsi ilə başa çatması və prezident seçkilərində ciddi fərq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin və komandasının rahatlığını pozub”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
O qeyd edib ki, CHP rəhbərliyi mayın 14-də nəticələri bildiyi halda “qalib gəldik” teatrı səhnələşdirib və bunu da bütün xalq televiziyalardan izləyib: “Qutuların rəngi məlum olduqca, yalanları ortaya çıxdı. Buna baxmayaraq, nə qəsdən səhv istiqamətləndirdikləri seçicilərindən, nə də ictimaiyyətdən üzr istədilər”.
R.T.Ərdoğan söyləyib ki, qarşı tərəf yenə də kampaniyalarını davam etdirir: “Dövlət-millət həmrəyliyi ilə, inşallah, yaralarımızı birlikdə sağaldacağıq. Zəlzələdən əziyyət çəkən qardaşlarımızı tək qoymayacaq, yanlarında olacağıq”.