Əsas məzmuna keç

Ərdoğan İsraildən Fələstinə dəyən zərərin ödənilməsini tələb edib

Ərdoğan İsraildən Fələstinə dəyən zərərin ödənilməsini tələb edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrail münaqişələr və işğal zamanı fələstinlilərə dəymiş ziyanı ödəməlidir. O, bu barədə Malayziya baş...

prezidenti Rəcəb Tayyib deyib ki, İsrail münaqişələr və zamanı fələstinlilərə dəymiş ziyanı ödəməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Malayziya baş naziri Ənvər İbrahimlə görüşündən sonra Malayziyada keçirdiyi mətbuat konfransında bildirib.

"Beynəlxalq məsələləri, xüsusilə Fələstin məsələsini ətraflı müzakirə etdik. Problemin mahiyyəti ondan ibarətdir ki, İsrail israrla işğal, zəbt və qırğın siyasəti yürüdür. İsrail əvvəlki dövrlərdə olduğu kimi, son atəşkəs razılaşması çərçivəsində verdiyi vədləri yerinə yetirmədi. Fələstin torpaqlarının işğalına son qoymalı, vurulan zərəri ödəməlidir", - deyə bildirib.

O əlavə edib ki, tam hüquqlu həll üçün 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması son dərəcə vacibdir.

“Türkiyə və Malayziya Fələstini dəstəkləmək üçün səylərini davam etdirəcək. Türkiyə indiyədək 100-dən çox gəmi ilə Fələstinə yardım göndərib. Yardımların çatdırılması davam edir. Malayziyanın Qəzza və Fələstinlə bağlı mövqeyini də yüksək qiymətləndiririk”, - Ərdoğan vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…