Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan doğulduğu Rize şəhərinin Güneysu rayonunda bayram namazı qıldıqdan sonra jurnalistlərə və yerli sakinlərə müraciət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı çıxışında İslam dünyasının çətin günlərdən keçdiyini və Yaxın Şərqdəki vəziyyətin kritik olduğunu vurğulayıb.
“Məlumdur ki, hazırda Yaxın Şərq qaynayır. İslam aləmi çox ciddi sıxıntılar içərisindədir. Biz daim şəhidlər veririk. Allah bizi sionistlərin müsibətindən qorusun”, - deyə o bildirib.
Türkiyə lideri müsəlmanların birliyinin vacibliyini qeyd edərək, qardaşlıq bağlarının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.