Operativ Məlumat Mərkəzi

Ərdoğan İlon Maskla görüşüb

2 dəq
Paylaş:
Ərdoğan İlon Maskla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türk Evində "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.

Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində "SpaceX" ilə əməkdaşlıq imkanlarının ola biləcəyini qeyd edib. O, Maskı İzmirdəki "TEKNOFEST" sərgisinə dəvət edib.

Ərdoğan Maskdan "Tesla"nın Türkiyədə 7-ci fabrikini qurmasını istəyib. Mask isə bir çox türk tədarükçünün "Tesla" ilə işlədiyini və Türkiyənin növbəti fabrik üçün ən vacib namizədlər arasında olduğunu qeyd edib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının sədri Mustafa Varank da iştirak ediblər.

Türkiyə lideri İlon Maska “Daha ədalətli bir dünya mümkündür” kitabının ingiliscə versiyasını və “BMT-də İslahat: Beynəlxalq Əməkdaşlığa yeni bir yanaşma” kitabını, Maskın oğluna isə futbol topu hədiyyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər