Operativ Məlumat Mərkəzi

Ərdoğan: Ermənistan gələcəyinin region ölkələri ilə bağlı olduğunu dərk etməlidir

2 dəq
Paylaş:
Ərdoğan: Ermənistan gələcəyinin region ölkələri ilə bağlı olduğunu dərk etməlidir
{"az":"bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən “EFES - 2024” çoxmillətli təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə deyib. Türkiyə...","en":"","ru":""}

Ermənistan dərk etməlidir ki, onun gələcəyi region ölkələri ilə bağlıdır və ilk növbədə üçüncü dövlətlərin və xarici diasporun zərərli təsirindən xilas olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən “EFES - 2024” çoxmillətli təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə deyib.

Türkiyə lideri vurğulayıb ki, Qarabağ 30 ilə yaxın işğaldan azad edildikdən sonra regionda davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi fürsət yaranıb: “Bu fürsət qaçırılmamalıdır. Ermənistan üçüncü ölkələrin və onun xaricdəki diasporasının zərərli təsirindən qurtulmalıdır, bu, onu dünyaya daha da yaxınlaşdıracaq. Bundan əlavə, erməni xalqı dərk etməlidir ki, onun gələcəyi əsrlər boyu birgə yaşadıqları və gələcəkdə də birgə yaşayacaqları qonşularla bağlıdır. Ermənistan da bu məqsədlərə çatmaq üçün lazım olan hər şeyi etməyə cəsarət etməlidir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər