Operativ Məlumat Mərkəzi

Ərdoğan Deniz Baykalın ailəsini ziyarət edib

1 dəq
Paylaş:
Ərdoğan Deniz Baykalın ailəsini ziyarət edib
Prezident həyat yoldaşı Əminə Ərdoğanla birlikdə sabiq CHP sədri, Antalya millət vəkili Dəniz Baykalın ailəsini ziyarət edib, onlara başsağlığı...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəfat edən sabiq CHP sədri Deniz Baykalın ailəsini ziyarət edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Prezident həyat yoldaşı Əminə Ərdoğanla birlikdə sabiq CHP sədri, Antalya millət vəkili Dəniz Baykalın ailəsini ziyarət edib, onlara başsağlığı diləklərini çatdırıblar.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri olmuş Dəniz Baykal 20 iyul 1938-ci ildə Antalyada doğulub. 1995–1996-cı illərdə Türkiyə Baş Nazirinin köməkçisi vəzifəsində çalışıb. Müxtəlif dövrlərdə Türkiyənin maliyyə naziri, enerji və təbii sərvətlər naziri, xarici işlər naziri vəzifəsində çalışıb. 2000-ci ildən 2010-cu ilə qədər CHP-nin sədri olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər