Operativ Məlumat Mərkəzi

Tələbələrimizin cənazələrinin Azərbaycana gətirilmə vaxtı dəqiqləşdi

1 dəq
Paylaş:
Tələbələrimizin cənazələrinin Azərbaycana gətirilmə vaxtı dəqiqləşdi
Türkiyə zəlzələsində həlak olan tələbələrin cənazələri Azərbaycana gətiriləcək. XİN açıqlaması.

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-nin sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirilib.

A.Hacızadə qeyd edib ki, cənazələrin bu gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub: "Müəyyən prosedur qaydaları var ki, bunların icra edilməsi üçün meyitlər əvvəlcə Malatyadan İstanbula aparılacaq. İstanbuldan Ankaraya, daha sonra Azərbaycana gətiriləcək".

XİN rəsmisi bir daha azərbaycanlı tələbələrin ailələrinə səbir diləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər