İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə ABŞ və İsrailin İrana hücumundan sonra bölgədə baş verən son hadisələri müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Əraqçi Qətərli həmkarı Əl Tani ilə telefon danışığı aparıb.
Görüş zamanı Əraqçi iki ölkə arasında münasibətlərin “dost və güclü” olduğunu, İranın bu hərtərəfli əlaqələri yaxşı qonşuluq və qarşılıqlı maraqlar əsasında qoruyub saxlamaq, gücləndirmək əzmində olduğunu qeyd edib.
ABŞ və İsrailin İrana qarşı hücumlarına toxunan Əraqçi ölkəsinin region ölkələri ilə məsləhətləşəcəyini, İran və digər region ölkələri arasındakı dostluq əlaqələrinin bu pisliklərdən təsirlənməsinə imkan verməyəcəyini bildirib.