Energetika sahəsində qiymətlərin müəyyənləşdirilməsi proseduru məlum olub

Energetika sahəsində qiymətlərin müəyyənləşdirilməsi proseduru məlum olub
18.09.2023 12:05
Aa
dəq

Təbii inhisar subyektlərinin mal, iş və xidmətləri üzrə qiymətlər (tariflər) “Təbii inhisarlar haqqında” qanuna uyğun olaraq müəyyən edilir.

Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və xidməti təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınır. Energetika sahəsində tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, digər qiymətlər energetika subyektləri tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Energetika subyektləri, habelə onların təqdim etdiyi mallar, işlər və xidmətlər haqqında məlumatlar həmin malları, işləri və xidmətləri təqdim edən energetika subyektlərinin rəsmi internet səhifələrində və ya mediada açıqlanır.

Həftənin ən çox oxunanları