Operativ Məlumat Mərkəzi

Energetika Nazirliyi enerji idarəçilərinin təyin edilməsinin tezləşdirilməsi ilə bağlı çağırış edib

2 dəq
Paylaş:
Energetika Nazirliyi enerji idarəçilərinin təyin edilməsinin tezləşdirilməsi ilə bağlı çağırış edib
bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumata görə, enerji idarəçisinin təyin edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 279.0.3....

Energetika Nazirliyi illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, həmçinin tikinti sahəsi ən azı 10 000 kvadratmetr və yaxud illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh şəxsin - enerji idarəçisinin təyin edilməsinin sürətləndirilməsi üçün təsərrüfat subyektinin rəhbəri və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə çağırış edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, enerji idarəçisinin təyin edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 279.0.3. maddəsinə əsasən fiziki şəxslərə 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslərə isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Enerji idarəçisinin təyin edilməsini Attestasiya Komissiyası həyata keçirir. Komissiyanı təsərrüfat subyektinin rəhbəri və yaxud qeyri-yaşayış binasının mülkiyyətçisi 5 nəfərdən ibarət olmaqla yaradır. Komissiyanın üzvlərindən biri nazirliyin nümayəndəsi olmalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər