Ən bahalı 100 futbolçu bəlli olub

Ən bahalı 100 futbolçu bəlli olub
06.06.2023 11:22
Aa
dəq

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann qərarlaşıb.

23 yaşlı forvardın transfer dəyəri 245,1 milyon avro göstərilib.

Braziliya yığmasının və İspaniyanın "Real Madrid" komandasının üzvü Vinisius Junior (196,3 milyon avro) ikinci, İngiltərə millisinin və "Arsenal"ın hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.

İlk "10-luq"da, həmçinin, Dortmund "Borussiya"sından ingiltərəli Cud Bellingem (190,2), "Real Madrid"dən braziliyalı Rodriqo (184,5), İspaniya "Barselona"sından Pedri (178) və Qavi (174,1), Almaniya "Bavariya"sından Camal Musiala (170,2), "Mançester Siti"dən Fil Foden (166,8), Fransa PSJ-sindən isə Kilian Mbappe (163,2) də var.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu