Əmircanda su nasos stansiyasından oğurluq olub, qəsəbənin bir hissəsi susuz qalıb

Əmircanda su nasos stansiyasından oğurluq olub, qəsəbənin bir hissəsi susuz qalıb
26.02.2024 12:27
Aa
dəq

Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib.

 

"Operativ Məlumat Mərkəzi-OMM" Agentliyə istinadən məlumat verir ki, naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. Həmin avadanlıqlar stansiyanın 75 kilovoltluq nasos qurğusunun idarə olunmasını təmin edirdi.

Elektrik idarəolunma löhvələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarında Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb.

Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir. Eyni zamanda, “Azərsu” ASC tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu