Əsas məzmuna keç

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 16-da Abbas Mirzə Şərifzadə, Binə Atçılıq və Buzovna qəsəbəsində təmir işləri səbəbindən elektrik təchizatında 3 saatlıq fasilə qeydə alınacaq.

en ru

Bu gün Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərinə enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 16-da Yasamal və Xəzər rayonlarında elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.

Yasamal Rayon Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində görüləcək zamanı Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xəzər RETSİ-yə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi küçəsinin bəzi ərazilərində 35/6 kV-luq 491 saylı yarımstansiyada həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…