Emin Mahmudov: "Karyeram barədə düşünməmişəm, bütün diqqətim finaldadır"

Emin Mahmudov: "Karyeram barədə düşünməmişəm, bütün diqqətim finaldadır"
02.06.2023 17:52
Aa
dəq

"Hələlik gələcək karyeram barədə düşünməmişəm. Bütün diqqətim finaldadır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı kapitan müqavilənin o qədər də vacib olmadığını bildirib: "Mənim üçün əsas kuboku əldə etməkdir".

Təcrübəli oyunçu meydana kuboku qazanmaq üçün çıxacaqlarını bildirib: "Yaxşı rəqibə qarşı oynayacağıq. Topla əla rəftar edirlər".

Mahmudov hər iki kollektivin titula sahib çıxmaq əzmində olacağını söyləyib: "Komandaların üzərində təzyiq bərabər olacaq. Biz oyunumuzu onlara göstərərək, qələbə qazanmaq, kuboka yiyələnmək istəyirik".

Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu