Əsas məzmuna keç

Əlilliyə əsas verən meyarların sayı artırılıb

Əlilliyə əsas verən meyarların sayı artırılıb

Əlilliyə əsas verən meyarların sayı 563-dən 590-a çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilib.

Dəyişikliklə bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya "müddətsiz" olaraq qeyd olunub.

Həmçinin 18 birinci tip xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.

Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…