Operativ Məlumat Mərkəzi

Əli Nağıyev: Təxribatların qarşısı qətiyyətlə alınır

2 dəq
Paylaş:
Əli Nağıyev: Təxribatların qarşısı qətiyyətlə alınır
bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və...

"Bəzi dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə deyib.

Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər