Əsas məzmuna keç

Azərbaycanın Baş naziri Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq, enerji və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

en ru

Aşqabadda işgüzar səfərdə olan Respublikasının mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə bir araya gəlib. Nazirlər Kabinetindən verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini dəyərləndiriblər.

Əli Əsədov İlham Əliyevin salamlarını Türkmənistan dövlət başçısına çatdırıb. Öz növbəsində, Sərdar Berdiməhəmmədov göstərilən diqqətə görə minnətdarlığını bildirərək, salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Tərəflər Azərbaycan və Türkmənistan arasında qarşılıqlı etimada söykənən siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd ediblər. Görüşdə həmçinin əməkdaşlığın müxtəlif sahələr üzrə daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…