Operativ Məlumat Mərkəzi

Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verib

1 dəq
Paylaş:
Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verib

Avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

A.Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, həlak olanlara şəfa diləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər