Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib
21.06.2023 16:57
Aa
dəq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “Telegram” vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, qurum bəyan edib ki, son günlər “Telegram” vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir.

Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan “Telegram”da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəni daxil etmək tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun “Telegram” hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun “Telegram” istifadəçisi olan əlaqələrinə göndərilir.

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər. Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur", - deyə açıqlamada qqeyd olunub.

Həftənin ən çox oxunanları

Nazir Şəkidə vətəndaşları qəbul edəcək

Nazir Şəkidə vətəndaşları qəbul edəcək
DAVAMIN OXU davamın oxu

"WhatsApp"da yaşanan problem aradan qalxıb - YENİLƏNİB

DAVAMIN OXU davamın oxu

"WhatsApp" aprel ayından qaydalara əməl etməyən istifadəçiləri bloklamağa başlayacaq

DAVAMIN OXU davamın oxu

"Xiaomi" ilk elektrikli avtomobilini təqdim edib

DAVAMIN OXU davamın oxu

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb
DAVAMIN OXU davamın oxu