Əsas məzmuna keç

Elektron sağlamlıq kartı psixiatriya sahəsinə tətbiq olunacaq

Elektron sağlamlıq kartı psixiatriya sahəsinə tətbiq olunacaq

Səhiyyə Nazirliyi rəqəmsallaşma prosesini genişləndirir: Psixi sağlamlıq mərkəzlərində pasiyentlərin qeydiyyatı və müalicə məlumatları rəqəmsal bazaya keçir.

en ru

kartı sistemi sahəsinə ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılacaq.

Həmçinin psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilə biləcək. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq.

Eyni zamanda müalicədən imtina edilməsi ilə bağlı məlumatlar da elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…