Əlcəzair təmsilçisi: "Fransanın soyqırımından sonra xalq anladı ki, müstəmləkəçilikdən qurtulmaq lazımdır"

Əlcəzair təmsilçisi: "Fransanın soyqırımından sonra xalq anladı ki, müstəmləkəçilikdən qurtulmaq lazımdır"
21.11.2023 11:20
Aa
dəq

"Fransanın soyqırımından sonra xalq anladı ki, müstəmləkəçilikdən qurtulmaq lazımdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Fransada "Les Oranges" Assosiasiyasının lideri, əlcəzairli Mhamed Kaki Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda tədbirdə deyib.

O qeyd edib ki, bu tədbir çox böyük əhəmiyyət daşıyır. Çünki dekolonizasiyanın təsirləri hələ də dünyada qalmaqdadır.

"Dünyada iqtisadi, hərbi və ruhların müstəmləkəçiliyi mövcuddur. Ruhların müstəmləkəçiliyi ən diqqət yetirilməli məsələdir. Özüm Fransada yaşayıram, Əlcəzair isə mənim ata-baba torpağımdır. Bəllidir ki, əlcəzairlilər faşizmin məğlub olmasına öz töhfəsini veriblər. Biz faşizm üzərində qələbənin qeyd edildiyi bir vaxtda Əlcəzairdə qadınlar, qocalar bələdiyyə qarşısına çıxaraq "biz ədalət, bərabərlik, qardaşlıq istəyirik" dedilər. Buna cavab olaraq ozamankı müstəmləkəçilər Fransa ordusunun köməyi ilə dəhşətli soyqırımı, qırğın törətdilər. Mülki Əlcəzairlilər qətlə yetirildi. Burada 40 min insanın öldürülməsindən söhbət gedir. Bu hadisədən sonra Əlcəzair xalqı anladı ki, müstəmləkəçilikdən qurtulmaq lazımdır. Mən hazırda teatr tamaşası hazırlayıram. Bu tamaşa ruhların müstəmləkəçilikdən azad olunmasından, 1961-ci ilin 17 oktyabrında əlcəzairli əməkçilərin müstəmləkəçilikdən qurtulma cəhdlərindən bəhs edir. Həmin hadisə zamanı 300-dən çox əlcəzairli Parisdə qətlə yetirilib", - M.Kaki əlavə edib.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu