Əjdər İsmayılov VƏFAT ETDİ - FOTO

Əjdər İsmayılov VƏFAT ETDİ - FOTO
29.09.2024 17:21
Aa
dəq

Təcrübəli dənizçi, uzaq səfərlər kapitanı Əjdər İsmayılov vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib.

Ə.İsmayılov Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirib. Dörd illik təhsil ocağını öz bilik və bacarığı hesabına cəmi iki ilə başa vurub.

O, karyerasında da yaşıdlarından seçilib. Təhsilini başa vurandan sonra təyinatla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə gəlib. 1966-cı ilin martından başlayan iş həyatı 2013-cü ilə kimi davam edib.

İlk vəzifəsi kapitanın III köməkçisi olub. 1974-cü ildən sonra vəzifə pillələri ilə daha sürətlə irəliləyib. Kapitanın II köməkçisi, baş köməkçisi və nəhayət, kapitan vəzifəsinə yüksəlib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əksər gəmilərində və zavodlarında işləyib.

Dəniz nəqliyyatı sahəsindəki xidmətlərə görə müxtəlif fərmanlarla təltif olunan Əjdər İsmajılov Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına da layiq görülüb.

ASCO rəhbərliyi və kollektivi adından kapitan Əjdər İsmayılovun vəfatından kədərləndiyimizi bildirib, yaxınlarına başsağlığı verib.

Təcrübəli dənizçi Əjdər İsmayılov vəfat edib - "İki sahil"

Həftənin ən çox oxunanları

Horovluda 867 ailə yaşayacaq

Horovluda 867 ailə yaşayacaq
DAVAMIN OXU davamın oxu

Bakıda bu ərazidə yeni bulvar salınır - VİDEO

Bakıda bu ərazidə yeni bulvar salınır - VİDEO
DAVAMIN OXU davamın oxu

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Belarusla birlikdə Ağdamda aqroşəhərcik yaradacaq

Azərbaycan Belarusla birlikdə Ağdamda aqroşəhərcik yaradacaq
DAVAMIN OXU davamın oxu

Bu ərazilərdə QAZ OLMAYACAQ

Bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu