Əfqanıstanda təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

Əfqanıstanda təyyarə qəzaya uğrayıb - YENİLƏNİB
21.01.2024 12:12
Aa
dəq

Yanvarın 20-si şənbə günü axşam Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş Falcon 10 təyyarəsi əlaqəni dayandıraraq radar ekranlarından itib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) məlumat yayıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 6 (altı) nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub.

“Falcon 10” “Athletic Group MMC”yə və fərdi şəxsə məxsusdur.

Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.

Qeyd olunub ki, hava gəmisinin ilk uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.

Hazırda təyyarənin axtarışı davam etdirilir.

***

Əfqanıstanın şimal-şərqində yerləşən Bədaxşan vilayətində təyyarə qəzası olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, təyyarə Hindistan şirkətinə məxsus olub və Moskva istiqamətində uçurmuş.

Texniki nasazlıq səbəbindən qəzaya uğrayan təyyarənin olduğu əraziyə xilasedici qruplar göndərilib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Falcon təyyarəsinin göyərtəsində altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin. Bildirilib ki, Tacikistanla sərhədə yaxınlaşdıqdan sonra təyyarə ilə əlaqə kəsilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu