Əfqanıstan hökuməti İranın “İmam Xomeyni İmdad Komitəsi”nin Kabil, Məzari-Şərif və Heratdakı ofislərinin fəaliyyətini qadağan edib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə İranın “Camaran” xəbər saytı məlumat yayıb.
Məlumatda ofislərinin bağlanmasının Taliban rəhbərliyinin göstərişi əsasında həyata keçirildiyi bildirilib.
Bununla yanaşı, Əfqanistanda İran hökumətinin ideolojik təbliğatının qarşısının alınması üçün başqa oxşar addımlar da atılıb.
Taliban hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin müavini Qari Məhəmməd Yunis Rəşid Bamiyan gəncləri ilə görüşdə Əfqanıstanın fars dili və ədəbiyyatına ehtiyacı olmadığını deyib.
"Bizim fars dili və ədəbiyyatını öyrənməyimiz vacib deyil",- Yunis Rəşid bildirib.