Operativ Məlumat Mərkəzi

Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 2 min nəfərə çatıb

1 dəq
Paylaş:
Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 2 min nəfərə çatıb
bunu yüksək səviyyəli Taliban lideri bildirib. O qeyd edib ki, bu rəqəm daha da arta bilər. Qətərdəki Taliban sözçüsü Suhail Shaheen Əl-Cəzirə...

Əfqanıstanın qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2 min nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu yüksək səviyyəli Taliban lideri bildirib. O qeyd edib ki, bu rəqəm daha da arta bilər.

Qətərdəki Taliban sözçüsü Suhail Shaheen Əl-Cəzirə telekanalına bildirib ki, Herat əyalətində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində dağıntılar altında çoxlu insan qalıb və xilasetmə əməliyyatları davam edir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,3 bal gücündə zəlzələ şənbə günü saat 11:00 radələrində Herat şəhərindən 40 km şimal-qərbdə baş verib. Güclü yeraltı təkanlar qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər