Operativ Məlumat Mərkəzi

Əfqanıstan-Pakistan sərhədində toqquşma oldu - Ölənlər var

1 dəq
Paylaş:
Əfqanıstan-Pakistan sərhədində toqquşma oldu - Ölənlər var
bu  barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin məlumat yayıb.  Onun sözlərinə görə, axşam saatlarında Pakistan sərhədçiləri əfqan...

Pakistan və Əfqanıstan təhlükəsizlik qüvvələri arasında sərhəddə toqquşma baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin məlumat yayıb.

Onun sözlərinə görə, axşam saatlarında Pakistan sərhədçiləri əfqan sərhədçilərinə atəş açdıqdan sonra ölkənin cənub-qərbindəki Torkham sərhəd keçid məntəqəsi yaxınlığında toqquşmalar baş verib.

Mətin bildirib ki, Pakistan qüvvələri mülki əhalinin evlərini hədəfə alıb, bir qadın və iki uşağı öldürüb.

Pakistan silahlı qüvvələri insidentlə bağlı məlumat yaymayıb. Lakin yerli təhlükəsizlik mənbəsi döyüşlər zamanı 3 pakistanlı əsgərin yaralandığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər