Əsas məzmuna keç

Efiopiya Baş naziri ASAN xidmətdə olub

Efiopiya Baş naziri ASAN xidmətdə olub

Abiy Əhməd Əli Ülvi Mehdiyevlə innovasiyaları müzakirə edib. Əddis-Əbəbədə qurulan MESOB mərkəzi və milli brendin ixracı barədə maraqlı detallar üçün keçid edin.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əli Azərbaycana rəsmi səfəri çərçivəsində " xidmət" mərkəzini ziyarət edərək, ölkəmizin qabaqcıl dövlət xidmətləri modeli ilə yaxından tanış olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış mərkəzlər və innovasiyalar sahəsindəki layihələr barədə ətraflı məlumat verib.

Qonağa "ASAN xidmət" mərkəzlərində tətbiq olunan müxtəlif texnoloji həllər təqdim edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın milli brendi olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalanıb.

Həmçinin vurğulanıb ki, Təşkilatı (BMT) Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

Səyyar xidmət və innovativ həllər Efiopiyada tətbiq olunacaqmı?

Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub. Vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayan bu layihəni qiymətləndirərək, həmin təcrübənin də yaxın zamanda Efiopiyada tətbiq olunacağını qeyd edib.

Səfər çərçivəsində qonağa "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "Bilim Bakı" mərkəzi və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar da ətraflı məlumat verilib.

"MESOB" mərkəzi: Əməkdaşlığın real nəticələri

Qeyd edək ki, Dövlət Agentliyi ilə həyata keçirilmiş əməkdaşlığın nəticəsi olaraq 2025-ci ilin iyun ayında Efiopiyanın Əddis-Əbəbə şəhərində Azərbaycanın "ASAN xidmət" konsepsiyası əsasında ilk "MESOB" dövlət xidmətləri mərkəzi fəaliyyətə başlayıb.

Xatırladaq ki, 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında "ASAN xidmət" təcrübəsinin bu ölkədə tətbiqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Memorandumun icrası çərçivəsində Dövlət Agentliyi tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, xidmətlərin vahid standartı müəyyən edilib və texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…