Əsas məzmuna keç

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb....

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından namizədlərlə fərdi qaydada keçirilmiş mərhələsi yekunlaşıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu mərhələdə iştirak etmiş 89 namizəddən zəruri keçid balı toplamış 64 nəfərin Ədliyyə Akademiyasında təlimə cəlb olunmaları barədə nazirliyin Müsabiqə Komissiyası tərəfindən qərar qəbul edilib.

İyul ayının 10-dan başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

Namizədlər icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlaya bilərlər (ünvan: şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).

Namizədlərin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…