Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ŞƏT Azərbaycan üçün hansı iqtisadi perspektivləri vəd edir?

4 dəq
Paylaş:
ŞƏT Azərbaycan üçün hansı iqtisadi perspektivləri vəd edir?

İqtisadçı Xalid Kərimli Azərbaycanın (ŞƏT) ilə münasibətlərini və bunun ölkə iqtisadiyyatı üçün mümkün perspektivlərini dəyərləndirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, iqtisadçı açıqlamasında Azərbaycanın hazırda ŞƏT-in üzvü olmadığını və bu təşkilatda iştirakın ölkə üçün konkret iqtisadi faydalarının hələ müşahidə olunmadığını bildirib.

“Burada biz Şanxay Təşkilatının üzvü deyilik. Hər hansı faydasını görməmişik. Sadəcə, bu təşkilatın üzvləri ilə ikitərəfli əlaqələrimiz mövcuddur. ŞƏT-in üzvlərindən biri Rusiyadır, biri Çindir. Bu iki ölkə bizim ümumi ticarət dövriyyəmizdə həmişə ilk üçlükdə olublar. Təqribən 35-40 faiz arası həmişə bu ölkələrdən məhsul almışıq. Xüsusən idxalımızda bu ölkələr mühüm rol oynayır”, – deyə Xalid Kərimli bildirib.

288665cab294f8f7c4500d55aeb6369e_1690790460_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.jpg

İqtisadçı qeyd edib ki, Azərbaycanın qeyri-neft ixracında da mühüm paya malikdir:

“Rusiya həm də bizim qeyri-neft ixracımızın təxminən üçdə birinin getdiyi istiqamətdir. ŞƏT-in digər üzvləri olan Mərkəzi Asiya ölkələri ilə də Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrimiz mövcuddur”.

Xalid Kərimli ŞƏT ölkələri ilə əməkdaşlığın genişləndirilməsinin gələcəkdə üçün əhəmiyyətli iqtisadi perspektivlər yarada biləcəyini vurğulayıb:

“Bu təşkilatla əməkdaşlığın, təşkilatın üzvləri ilə əməkdaşlığın böyük perspektivi ola bilər. Çünki burada Çin və Hindistan var. Bu ölkələr çox sürətlə böyüyür”.

İqtisadçı Hindistanla Azərbaycan arasında münasibətlərin hazırda yaxşı olmadığını da bildirib. Onun sözlərinə görə, Pakistan-Hindistan münaqişəsi fonunda Azərbaycanın Pakistanın mövqeyini dəstəkləməsi Hindistanın Azərbaycana münasibətinə mənfi təsir göstərib:

“Təəssüf ki, Hindistanla münasibətlər o qədər yaxşı deyil. Hətta bir neçə müddət əvvələ qədər Hindistan turistləri Azərbaycana gələn turistlər içərisində 10 faizdən yuxarı qalxmışdı. Amma Pakistan-Hindistan münaqişəsi nəticəsində bizim Pakistanın tərəfində durmağımız Hindistanın ölkəmizə qarşı münasibətini kəskin pisləşdirdi”.

Xalid Kərimli bildirib ki, Azərbaycan ŞƏT-in üzvü olmasa da, təşkilata üzv olan ayrı-ayrı ölkələrlə strateji əməkdaşlıq münasibətlərinə malikdir:

“Bu təşkilatın iki üzvü ilə strateji əməkdaşlıq haqqında memorandum imzalamışıq. Birincisi Rusiya ilədir, amma münasibətlər son zamanlar pisləşib. İkincisi Çinlədir. Keçən il Çinlə belə bir strateji tərəfdaşlıq pakti imzaladıq”.

İqtisadçı Azərbaycanın BRICS-ə üzvlük istəyini də xatırladaraq qeyd edib ki, ölkənin bu təşkilata üzvlüyü hələlik reallaşmayıb.

“BRICS-ə də üzv olmaq iddiamızı, istəyimizi elan etdik, amma bizi bu təşkilata qoymadılar. Hələlik bizi bu təşkilata qoymurlar”, – deyə o bildirib.

Xalid Kərimli hesab edir ki, ŞƏT ölkələrinin böyük iqtisadi potensialı Azərbaycan üçün yeni imkanlar yarada bilər:

“Bu təşkilatın üzvləri dünya əhalisinin 40 faizini, dünya ümumi daxili məhsulunun 30 faizə qədərini verir. Çox böyük potensiallı ölkələrdir. Xüsusən Çinlə, Hindistanla, Rusiya ilə və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ölkəmizdə iqtisadi artıma müsbət təsir göstərə bilər”.

İqtisadçı əlavə edib ki, sözügedən imkanların real iqtisadi nəticələrə çevrilib-çevrilməyəcəyi hələlik sual olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə