Avropa Komissiyası (AK) və Kiyev iyunun ortalarında 2026-2027-ci illər üçün 90 milyard avroluq maliyyələşdirmə paketi çərçivəsində Ukraynaya 3,2 milyard avro büdcə subsidiyalarının ayrılması ilə bağlı danışıqları başa çatdırıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bidlirilib ki, Ukraynaya büdcə yardımının ayrılması üçün zəruri olan anlaşma memorandumu üzrə danışıqları başa çatdırılıb.
Qeyd olunub ki, Aİ-nin maliyyələşdirmə müqabilində islahatlar tələbləri ümumiləşdirilir.
Əlavə olunub ki, bu, 3,2 milyard avroluq tranşla bağlıdır və bu tranş iyun ayının ortalarında ayrılacaq. Qeyd olunan memorandum Ukrayna parlamenti tərəfindən təsdiqlənməlidir.