Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar aviaşirkətlər üçün uçuş xəbərdarlıqlarını yeniləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə EASA rəsmi açıqlama yayıb.
Məlumata görə, Avropa İttifaqı Komissiyası və üzv dövlətlərlə koordinasiyalı şəkildə qəbul edilən qərara əsasən, 8 iyul tarixində müddəti başa çatan "Çatışma Bölgəsi Məlumat Bülleteni"nin (CZIB) uzadılmaması qərara alınıb.
Qurum ümumi xəbərdarlıq əvəzinə, bölgədəki orta səviyyəli riskləri əhatə edən yeni məlumat qeydi hazırlayıb.
EASA bildirib ki, İran, İraq və Livan hava məkanlarında yüksək risklər davam edir. Bu səbəbdən adıçəkilən ölkələr üzrə ayrıca çatışma bölgəsi bülletenləri qüvvədə saxlanılıb.
Məlumata əsasən, həmin hava məkanları ilə bağlı tövsiyə xarakterli təhlükəsizlik məhdudiyyətləri avqustun 31-dək qüvvədə olacaq.
Qeyd edək ki, son günlər Yaxın Şərqdə hərbi gərginliyin artması fonunda aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar da güclənib.