Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib

2 dəq
Paylaş:
Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib

Azərbaycanın naziri Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Kevin Hamilton ilə görüş keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.

Tərəflər –NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, xüsusilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.

Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi perspektivləri də nəzərdən keçirilib.

Nazir regiondakı son proseslər, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhə yönəlmiş səylər barədə qarşı tərəfi məlumatlandırıb.

Eyni zamanda qlobal çağırışları ətrafında fikir mübadiləsi aparılıb, Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa riayət edilməsi və mülki əhalinin qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax