Əsas məzmuna keç

Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib

Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib

Antalya Diplomatiya Forumunda XİN rəhbəri Ceyhun Bayramov və Olivier Jean Patrick Nduhungirehe görüşüb. Siyasi məsləhətləşmələr və yeni əməkdaşlıq planları haqqında ətraflı...

en ru

Azərbaycanın naziri Antalya Forumu çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüş keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin gündəlikdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmə mexanizminin prosesə müsbət töhfə verəcəyinə dair inam ifadə olunub.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…