Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bayramov Əraqçi ilə danışdı

1 dəq
Paylaş:
Bayramov Əraqçi ilə danışdı

Azərbaycanın naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı, vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.

Nazir İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.

Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax