Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov və Oman XİN rəhbəri gərginliyi müzakirə etdi

2 dəq
Paylaş:
Ceyhun Bayramov və Oman XİN rəhbəri gərginliyi müzakirə etdi

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının naziri ilə Oman Sultanlığının naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında mühüm baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, müzakirələrin əsas mövzusu regionda müşahidə olunan hərbi eskalasiya və artan gərginlik olub.

Tərəflər bölgədəki son hərbi gərginlikdən dərin narahatlıqlarını ifadə edərək, vəziyyətin kəskinləşməsinin regional və sabitliyə ciddi təhdid yaratdığını xüsusi vurğulayıblar.

Danışıqlar zamanı deeskalasiyanın zəruriliyi önə çəkilib. Həmçinin, danışıqlar prosesinin bərpa edilməsi üçün diplomatik səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Nazirlər mülki əhalinin və infrastrukturun mühafizəsinin vacibliyini qeyd ediblər. Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax