Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vensdən İran açıqlaması: “Bu, müharibə deyil”

2 dəq
Paylaş:
Vensdən İran açıqlaması: “Bu, müharibə deyil”

ABŞ-nin vitse-prezidenti İranla bağlı mövcud qarşıdurmanı hesab etmədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Vens Yaxın Şərqdəki vəziyyəti şərh edərkən hazırda hərbi əməliyyatların aparılmadığını, lakin bəzi bölgələrdə vəziyyətin kəskinləşdiyini qeyd edib.

Vitse- münaqişənin başa çatacağı tarixlə bağlı konkret vaxt açıqlamayıb. O, bunun İranın bundan sonra atacağı addımlardan asılı olduğunu vurğulayıb.

Vens həmçinin bildirib ki, İran ticarət gəmilərinə zərbələr endirməyə davam etdiyi müddətdə regionda sülh danışıqlarının aparılması mümkün deyil.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Trampın İranla bağlı strategiyanı köməkçiləri ilə müzakirə etdiyi bildirilmişdi. Məlumata görə, Tramp iqtisadi təzyiqlərin İranın nüvə proqramından imtina etməsinə və ya ölkədəki rejimin süqutuna gətirib çıxara biləcəyini düşünür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə