DYP səfərdə olan sürücülərə müraciət edib

DYP səfərdə olan sürücülərə müraciət edib
03.01.2024 17:56
Aa
dəq

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səfərdə olan sürücülərə müraciət edib.

​İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, hazırda davam edən qeyri-iş günlərində doğmalarını ziyarət etmək, istirahət və ya əyləncə məqsədilə respublikanın ayrı-ayrı şəhər və rayonlarına avtomobillə səfər edənlərin sayının artması, xüsusilə rekreasiya əhəmiyyətli bölgələrdə hərəkət intensivliyinə bilavasitə təsir göstərib.

Bununla bağlı DYP tərəfindən gücləndirilmiş iş rejimində zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, bəzən özünün, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşaraq səfər etdikləri yaşayış məntəqələrində, eləcə də istirahət və ya əyləncə mərkəzlərinin yerləşdiyi ərazilərdə ​sərxoş halda sükan arxasına əyləşən, avtomobili azyaşlı övladlarına həvalə edən, yaşı on ikidən az olan uşaqları ön oturacaqda daşıyan, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamayan, mobil telefondan istifadə edən, sürət həddini aşan, xüsusilə dağlıq relyefli ərazilərdə ötmə və manevretmə qaydalarını kobud şəkildə pozan, yol və hava şəraitini nəzərə almayan ​sürücülərə rast gəlinir ki, bütün bunlar sonda xoşagəlməz yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tətil günlərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olmağı xahiş edir", - müraciətdə deyilir.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu