DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib

DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib
30.04.2024 12:18
Aa
dəq

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat idarəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən anbarda qanunsuz şəkildə aksiz markasız tütün məmulatlarının saxlanması halları aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, nəzarət tədbiri zamanı külli miqdarda satışa hazır aksiz markasız 23 növdə “Cavallo”, “Platinium”, “Milano” markalı tütün məmulatları aşkarlanıb. Aşkar edilmiş ümumilikdə 1.762.600 ədəd tütün məmulatı protokol əsasında götürülüb.

Qeyd edilib ki, həyata keçirilən operativ nəzarət tədbiri zamanı həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların saxlanıldığı və satışının həyata keçirildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Abbasov Səbahi Cəfərqulu oğluna məxsus olduğu aydınlaşdırılıb. Səbahi Abbasovun vergi orqanında uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olduğu da müəyyən edilib.

Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.

Həftənin ən çox oxunanları

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb

Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
DAVAMIN OXU davamın oxu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Tenderlə işləyən şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Tenderlə işləyən şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi
DAVAMIN OXU davamın oxu

Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnib

Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnib
DAVAMIN OXU davamın oxu