Hörmüz boğazından az sayda gəmi keçdiyindən nəqliyyatın hərəkəti demək olar ki, dayanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Reuters" agentliyinin gəmi izləmə məlumatlarına əsasən, ABŞ və İran arasında atəşkəsə baxmayaraq, son 24 saat ərzində boğazdan cəmi bir neçə gəmi keçib.
Məlumata görə, su yolu ilə yalnız bir neft məhsulları tankeri və beş quru yük daşıyıcısının hərəkəti qeydə alınıb. Ümumilikdə isə bölgədə gəmiçilik fəaliyyəti kəskin şəkildə azalıb.