"Qəzzada soyqırımın zirvəyə çatdığı andan etibarən, beynəlxalq sistemdə İsraili dəstəkləyən bəzi aktorlar belə, özlərini İsraildən uzaq tutmağa, ondan məsafə saxlamağa üstünlük verdilər. Çünki soyqırım törədən İsraillə yanaşı görünmək artıq heç kimin imicinə müsbət təsir etmir".
"Operativ Məlumat Mərkəzi-OMM" "TRT Haber"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Hakan Fidan deyib.
Nazir 6–7 iyul tarixlərində Rio-de-Janeyroda keçirilən 17-ci BRICS Zirvəsindən sonra gündəmdəki məsələlərlə bağlı dəyərləndirmələr edib.
"Hazırda İsraili açıq şəkildə dəstəkləyən ölkələrin sayı demək olar ki, bir əlin barmaqlarını keçmir. Bu ölkələrin başında isə bu siyasətə qarşı çıxmayan Amerika gəlir. Amma beynəlxalq ictimaiyyətin demək olar ki, Qəzzədə baş verən hadisələri pislədiyi bir vəziyyətdə, hələ də konkret və təsirli bir nəticənin ortaya çıxmaması, sistemdə bizim "problematik nöqtə" olaraq adlandırdığımız məsələdir. Düzəldilməsi və müzakirə edilməsi vacib olan da məhz budur", - o bildirib.