Ermənistanın Müdafiə Nazirliyinə məxsus “UAZ” avtomobilinin qar uçqunu zamanı dərəyə yuvarlanması nəticəsində 2 hərbçi ölüb.
"Operativ Məlumat Mərkəzi - OMM" “Novosti Armenia”ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, hadisə Zəngəzur rayonunun Xanabax (ermənilər dəyişərək Sünik rayonu, Xnatsax kəndi adlandırıb) kəndində baş verib. Hadisə nəticəsində iki müqavilə əsasında hərbçi Zorand Arzumanyan və Zorak Yeranosyan ölüb.