Operativ Məlumat Mərkəzi

Dünyanın nüfuzlu xəbər agentlikləri Putin - Ərdoğan görüşündən yazır

2 dəq
Paylaş:
Dünyanın nüfuzlu xəbər agentlikləri Putin - Ərdoğan görüşündən yazır

Dünya mediasının diqqəti bu gün keçiriləcək Putin - Ərdoğan görüşdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Agence France-Presse”in "Ərdoğan Soçidə Putinə taxıl diplomatiyası aparır" xəbərində qeyd olunub ki, Türkiyə lideri NATO daxilində Putinə çata bilən azsaylı isimlərdəndir.

Ankara ilə Moskva arasında iqtisadi əlaqələri xüsusi vurğulayan agentlik qeyd edib ki, Ərdoğan Ukraynaya da silah göndərib və Kiyev administrasiyasının NATO-ya üzv olmaq ambisiyasını dəstəkləyib.

“Həm Moskva, həm də Kiyev Ərdoğanı axtarır”, - deyə yazıda qeyd olunub.

Digər beynəlxalq agentliyi "Associated Press"də iki ölkə arasındakı iqtisadi əlaqələrə diqqət çəkib.

Agentlik Ankara-Moskva münasibətlərinin tez-tez Qərb ölkələrini narahat etdiyini yazıb. AP qeyd edib ki, Suriya, Liviya və Qarabağ kimi münaqişə bölgələrində tərəflər əks tərəfdə olsalar da, Türkiyə-Rusiya münasibətləri enerji, müdafiə, turizm və ticarət kimi sahələrdə inkişaf edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər