Operativ Məlumat Mərkəzi

Dünya üzrə milyarderlərin sayı azalıb

1 dəq
Paylaş:
Dünya üzrə milyarderlərin sayı azalıb

“Forbes” jurnalı 37-ci dəfə "Milyarderlərin siyahısı"nı yayımlayıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bundan əvvəl dərc edilən siyahı ilə müqayisədə milyarderlərin sayı 28 nəfər azalıb və 2640 nəfərə çatıb.

Onların sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.

Ötən il dünyanın ən varlı adamı hesab edilən İlon Mask bu il siyahısında 2-ci yerə düşüb. Onun sərvəti 39 milyard dollar azalaraq 180 milyard dollar olub.

Birinci yerdə isə LVMH şirkətinin sahibi, fransalı milyarder Bernard Arnaultdur. Onun sərvətinin 211 milyard dollar olduğu bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər