Əsas məzmuna keç

Dünya fond bazarlarında əsas indekslərdə artım davam edib

Dünya fond bazarlarında əsas indekslərdə artım davam edib

sentyabrın 11-də ABŞ fond bazarlarında “Dow Jones Industrial Average” indeksi 196,39 bənd və ya 0,43% artaraq 45 711,34 bəndə, “S&P 500” indeksi 17,46...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

və Avropa birjalarında əsas indekslər üzrə müsbət dinamika davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sentyabrın 11-də ABŞ bazarlarında “Dow Jones Industrial Average” indeksi 196,39 və ya 0,43% artaraq 45 711,34 bəndə, “S&P 500” indeksi 17,46 bənd və ya 0,27% artımla 6 512,61 bəndə yüksəlib.

“Nasdaq ” 80,79 bənd və ya 0,37% artaraq 21 879,49 bənd, “NYSE Composite” isə 19,47 bənd və ya 0,09% artaraq 21 193,11 bənd təşkil edib. Bununla yanaşı, Kanadanın “S&P/TSX Composite” indeksi 35,28 bənd və ya 0,12% artaraq 29 063,01 bəndə çatıb.

Avropa birjalarında da əksər indekslərdə artım qeydə alınıb. “Euro Stoxx 50” indeksi 6,01 bənd və ya 0,11% artaraq 5 368,82 bənd, Böyük Britaniyanın “FTSE 100” indeksi 21,09 bənd və ya 0,23% artaraq 9 242,53 bənd, Fransanın “CAC 40” indeksi 14,55 bənd və ya 0,19% artaraq 7 749,39 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 21,70 bənd və ya 0,14% artaraq 15 023,90 bənd olub.

Almaniyanın “DAX” indeksi isə 88,68 bənd və ya 0,37% azalaraq 23 718,45 bənd səviyyəsinə enib.

Analitiklər hesab edir ki, ABŞ bazarlarında müsbət dinamika iqtisadi göstəricilərin gözləniləndən daha dayanıqlı olması ilə bağlıdır.

Avropa bazarlarında isə “DAX” indeksində eniş Almaniya iqtisadiyyatında zəif bərpa prosesləri ilə əlaqələndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…